Avroparlamentarilər Zurabişvili ilə görüşdü: Bakıya gələcəklər

Avroparlamentarilər Zurabişvili ilə görüşdü: Bakıya gələcəklər

Tiflisdə səfərdə olan Avropa Parlamentinin Xarici Əlaqələr Komitəsinin nümayəndə heyəti Gürcüstan Prezidenti Salome Zurabişvili ilə görüşüb.

AzerTimes xəbər verir ki, görüşdə Gürcüstanın Avropa Birliyi ilə assosiasiya sazişini yerinə yetirməsinə dair illik hesabat və ölkənin AB-yə namizəd statusunun qəbulu ilə bağlı etdiyi müraciət müzakirə olunub.

Görüşdən sonra açıqlama verən Avropa Parlamentinin Xarici Əlaqələr Komitəsinin sədri Devid Makallister bildirib ki, Gürcüstan namizəd statusu almaq üçün müəyyən prioritet məsələləri həll etməlidir.

Məlumata əsasən, səfər çərçivəsində nümayəndə heyətinin üzvlərinin ictimai müdafiəçi, qeyri-hökumət sektoru, o cümlədən icra hakimiyyəti və müxalifət nümayəndələri ilə də görüşləri nəzərdə tutulub.

Qeyd edək ki, Avropa Parlamentinin deputatları Gürcüstandan sonra Ermənistan və Azərbaycana da səfər edəcəklər.

Teqlər: