Avropanın yeraltı qaz ehtiyatları 50 %-dən aşağı düşüb

Avropada yeraltı anbarlardakı qaz ehtiyatlarının səviyyəsi 50 faizdən aşağı düşüb.

Trend xəbər verir ki, bu göstəricilər Gas Infrastructure Europe məlumatında əks olunub.

Belə ki, Avropada yeraltı anbarlardakı qaz ehtiyatlarının ümumi səviyyəsi 49,33%-ə düşüb. Bu, son beş ildəki orta göstəricidən 16 faiz aşağıdır.

Mütləq ifadə ilə, hazırda Avropadakı anbarlarda 53 milyard kubmetr qaz var. Lakin hazırki qaz tədarükü səviyyəsinin qorunub saxlanılacağı tədqirdə, martın sonuna qədər Avropada qaz ehtiyatları 15 milyard kubmetrdən aşağı düşəcək.

Hazırda Avropada ən aşağı ehtiyyat qaz göstəriciləri Avstriyada (31%) və Hollandiyada (33%) qeydə alınıb.

Teqlər: