Avropanın qaz böhranında yeni mərhələ… – Tarix açıqladılar

Avropanın qaz böhranında yeni mərhələ… – Tarix açıqladılar

Təbii qaz böhranını qısamüddətli də olsa həll etməyi bacaran Avropa Birliyi (AB) ölkələri sözügedən məsələ ilə bağlı problemlərin hələ də qaldığını bəyan edirlər.

AzerTimes xəbər verir ki, bu barədə Türkiyənin “Aksam.com.tr” saytı yazıb.

Sayt vurğulayıb ki, bir müddət əvvəl İsrail Baş naziri Yair Lapid Livanla əldə olunan razılaşma ilə ölkəsinin tezliklə Avropanın əsas qaz təchizatçısı olacağını bildirmişdi:

“İsrail və Misir Rusiyadan uzaqlaşmağa çalışan birliyə daha çox təbii qaz göndərmək üçün iyun ayında AB ilə anlaşma memorandumu imzalayıb. Ancaq İsrail Energetika Nazirliyindən Avropaya xoş olmayacaq xəbərlər gəlib. İsraildən Avropaya qaz nəqlində artım nə zaman olacaq sualını cavablandıran nazirlik rəsmisi hazırda bunun mümkün olmadığını bildirib.

Nazirlik rəsmisi qeyd edib ki, qısa müddətdə müəyyən artımlar olacaq. Ancaq Avropaya qaz nəqlində əhəmiyyətli dərəcədə artım 3-4 il ərzində baş tuta bilər”.

Teqlər: