Avropanın Putinə mesajı budur – Berlin

Avropanın Putinə mesajı budur – Berlin

Avropa Birliyinin qaza qənaətlə bağlı cəhdləri təqdirəlayiqdir.

AzerTimes xəbər verir ki, bu barədə Almaniya xarici işlər naziri Annalena Berbok deyib.

“Biz qaz qıtlığına görə parçalanmayacağıq, əksinə, biz birlikdəyik, bu da Rusiya prezidentinə ən vacib mesajdır”, – Berbok bildirib.

Qeyd edək ki, “Qazprom” iyulun 27-də “Şimal axını” qaz kəmərinin daha bir turbininin təmir üçün dayandıracağını elan edib. Beləliklə, qaz nəqli 33 milyon kubmetrə qədər azaldılacaq.

Teqlər: