Avropa ölkələri öz əsgərlərini Ukraynaya göndərməyə hazır deyillər, lakin Polşanın NATO-nu münaqişəyə sürükləyə biləcəyi qorxusu var.
AzerTimes xəbər verir ki, bunu ABŞ dəniz piyadalarının kəşfiyyat xidmətinin keçmiş zabiti Skott Ritter bildirib.
“Avropa xoşbəxt deyil: Polşanın NATO-nu bu münaqişəyə cəlb etməsindən narahatdır. İndi Avropada heç kim Ukraynaya hərbi personal göndərməyə həvəsli deyil”, – Ritter söyləyib.
Ritterin sözlərinə görə, Ukraynaya hərbi personal göndərmək üçün Şimali Atlantika Alyansı ölkələrində hava hücumundan müdafiə sistemlərinin və ağır zirehli texnikanın gücünə tab gətirə biləcək lazımi infrastruktur yoxdur.