AB-nin böhranların idarə edilməsinə yönəlmiş “MILEX 23” hərbi təliminin ikinci mərhələsi başlayıb.
AzerTimes xəbər verir ki, bu barədə AB diplomatik xidməti məlumat yayıb.
Məlumata görə, Live Exercise (LIVEX) adlanan təlim İspaniyanın Kadis əyalətində keçirilir.
Bu, NATO strukturlarına arxalanmayan AB ölkələrinin hava, dəniz və amfibiya qüvvələrinin ilk böyük hərbi təlimidir. Təlimdə 9 ölkənin 31 hərbi birləşməsindən 2800 hərbi qulluqçu iştirak edir.