Niderlandın Qroningen şəhərində Avropanın ən böyük yatağında qaz hasilatı dayandırılıb.
AzerTimes xəbər verir ki, bu barədə ANP agentliyi məlumat yayıb.
Bildirilib ki, Niderland hakimiyyəti hələ iyun ayında oktyabrın 1-dən etibarən Qroningendə qaz hasilatını tamamilə dayandırmaq barədə qərar vermişdi.
Eyni zamanda, fövqəladə hallarda, məsələn, soyuq qışla əlaqədar olaraq yatağın istismarını bərpa etmək mümkündür.
Qeyd edək ki, Qroningen yatağı 1959-cu ildə kəşf edilib.