Avropanın ən böyük qaz yatağı bağlanacaq

Avropanın ən böyük qaz yatağı bağlanacaq

Avropanın ən böyük qaz yatağı hesab edilən Niderlanddakı Qroningen qaz yatağı seysmik təhlükənin olması səbəbindən bağlana bilər.

AzerTimes xəbər verir ki, hökumət bu il oktyabrın 1-dək qaz yatağını bağlanmağı planlaşdırır.

Eyni zamanda, hazırda ölkədə və Avropada qaz ehtiyatının kifayət qədər olub-olması üzrə monitorinq davam edir. Bildirilir ki, yatağın bağlanması qitədə əhəmiyyətli qaz qıtlığına səbəb ola bilər.

Bununla yanaşı, qeyd olunur ki, zərurət yaranarsa, yatağın işi 2024-cü ilin oktyabr ayına qədər uzadıla bilər.

Teqlər: