Əminəm ki, bu gün Brüsseldə onlar Avropanı parçalayırlar və onu məhvə aparırlar.
AzerTimes xəbər verir ki, bunu Macarıstan Baş naziri Viktor Orban deyib.
O, xəbərdarlıq edib ki, Brüssel mövcud siyasəti davam etdirsə, bu, Avropa İttifaqı üçün pis nəticələnə bilər:
“Avropa Birliyi sadəcə olaraq dağılacaq və bunun qarşısı alınmalıdır. Qurumun vahid qalması bizim maraqlarımıza uyğundur. Böyük çətinliklə toplananlar toxunulmaz qalsın”, – Orban qeyd edib.