Avropalılar Ukrayna və Aİ-nin birliyinə dəstəyi saxlamaq üçün lazım olan qiyməti ödəməyə hazır olmalıdırlar.
AzerTimes xəbər verir ki, bunu Avropa Birliyinin baş diplomatı Jozep Borrell deyib.
“Ukraynaya hərbi yardım təklif etməyimiz, danışıqlar üçün əlimizdən gələni etmədiyimiz anlamına gəlmir. Avropalılar siyasi həll yolunun axtarışında uzunmüddətli münaqişə ilə üzləşməyə hazır olmalıdırlar”, – Borrell bildirib.