Avropadan daha 42 mühacir deportasiya olunub

Xəbər - Fərid Zöhrabov – Trend:

“Azərbaycan Respublikası ilə Avropa İttifaqı arasında icazəsiz
yaşayan şəxslərin readmissiyası haqqında” Saziş çərçivəsində 15
fevral tarixində Azərbaycan Respublikası vətəndaşı olan 39 nəfər
Almaniya Federativ Respublikasından, 3 nəfər isə Avstriya
Respublikasından ölkəyə geri qəbul edilib.

Xidmətdən
Trend
-ə verilən məlumata görə, geri qəbul prosesi Nazirlər
Kabineti yanında Operativ Qərargahın pandemiya ilə əlaqədar müəyyən
etdiyi qaydalar çərçivəsində həyata keçirilib.

Qeyd edək ki, fəaliyyəti Dövlət Miqrasiya Xidməti tərəfindən
əlaqələndirilən Reinteqrasiya üzrə İşçi Qrupu readmissiya olunan
Azərbaycan Respublikası vətəndaşlarının üzləşdikləri çətinlik və
problemlərin operativ həlli, onların cəmiyyətə səmərəli, dayanıqlı
sosial-iqtisadi reinteqrasiyası işinin təşkili istiqamətində
müvafiq tədbirlər həyata keçirir.

Teqlər: