Avropadakı daşnaklar İrəvana buraxılmadı

Avropadakı daşnaklar İrəvana buraxılmadı

Ermənistan hökuməti Niderlanddakı Daşnaksütyun Baş Assambleyasının üzvü Aslan Aslanyanın ölkəyə buraxılmasına icazə verməyib.

AzerTimes xəbər verir ki, bunu Daşnaksütyun partiyasının üzvü, erməni deputat Geqam Manukyan deyib.

“Səhər tezdən Niderlandda Daşnaksütyun Baş Assambleyasının üzvü Aslanyan mənə zəng edərək bildirdi ki, o, ailəsi ilə İrəvana gəlib, lakin sərhədçilər onun ölkəyə daxil olmasına qadağa qoyublar. Onun adının Ermənistan hökumətinin qara siyahısında olduğu deyilib. Aslanyan 5 saatdır ki, hava limanında qeyri-müəyyən vəziyyətdə qalıb və pasportu əlindən alınıb”, – o bildirib.

Qeyd edək ki, Ermənistan hökumətinin Daşnaksütyunun avropalı nümayəndələrinin ölkəyə girişinə qadağa qoyması ilk hal deyil. Ötən il Daşnaksütyunun Fransadakı erməni təşkilatlarının əlaqələndirmə şurasının həmsədri Murad Papazyan da Ermənistana buraxılmayıb.

Teqlər: