Avropada türklərə hücum: Fidan dərhal zəng etdi

Avropada türklərə hücum: Fidan dərhal zəng etdi

Belçikada PKK terror təşkilatının tərəfdarları tərəfindən türklərə hücum edilib.

AzerTimes xəbər verir ki, bununla bağlı Türkiyənin Xarici İşlər Nazirliyi bəyanat yayıb.

Bəyanatda deyilir ki, martın 24-də Belçikanın Leuven şəhərində toplaşan PKK tərəfdarları Heusden-Zolder və Hauthalen şəhərlərində yaşayan Türkiyə vətəndaşlarını hədəf alan hücumlar həyata keçiriblər. Hadisələr zamanı bəzi vətəndaşlarımız xəsarət alıb.

Baş verənlərə cavab olaraq Brüssel və Ankaranın hakimiyyət orqanları tərəfindən dərhal tədbirlər görülüb. Türkiyənin xarici işlər naziri Hakan Fidan həmin gecə belçikalı həmkarı Haca Lahbib ilə telefonla danışıb. Bundan əlavə, Belçikadakı diplomatik nümayəndələrimiz hadisə bölgələrində yaşayan vətəndaşlarımızla görüşüblər. Polisin müdaxiləsi sayəsində hadisələrin genişlənməsinin qarşısı alınıb. Yerli hakimiyyət orqanları tərəfindən hücum edənlərlə bağlı araşdırmalara başlanılıb.

Nazirlik vurğulayıb ki, bu hadisə PKK terror təşkilatının Qərbi Avropada sosial sülh və ictimai asayişi təhdid etdiyini bir daha göstərib.

Baş verənlər Türkiyə XİN tərəfindən izlənilir və zəruri tədbirlər görülür.

Teqlər: