Avropada temperatur rekordu qeydə alınıb

Xəbər - Orxan Nəbiyev – Trend:

Avropanın cənubunda anomal istilər hökm sürür.

AzerTimes-ın məlumatına görə, İtaliyanın Siciliya adasının cənub-şərqində 48,8 dərəcə isti qeydə alınıb.

Bu göstərici Avropa qitəsində qeydə alınmış ən yüksək temperatur olub.

Bundan əvvəl 1977-ci ildə Yunanıstanın paytaxtı Afinada 48 dərəcə, 1999-cu ildə Siciliyada 48,5 dərəcə isti qeydə alınmışdı.


Qeyd olunur ki, anomal istilər, həmçinin İspaniya və Portuqaliyada da davam edir.