Xəbər - Orxan Nəbiyev – Trend:
Avropa birjalarında təbii qazın qiymətləri rekord hədd yüksəldikdən sonra gün ərzində kəskin ucuzlaşmağa başlayıb.
Trend-in məlumatına görə, Niderlandın TTF habında təbii qazın min kubmetri 1 957 dollardan 1 325 dollaradək ucuzlaşıb.
Qeyd edək ki, səhər saatlarında qazın qiyməti 1 400 dollardan 1 957 dollaradək artmışdı. Gün ərzində təbii qazın dəyəri 600 dollara yaxın ucuzlaşıb.
Xatırladaq ki, avqustun sonunda təbii qazın min kubmetri 590 dollar idi.