Avropa birjalarında təbii qazın qiyməti min kubmetr üçün təxminən 800 dollara qədər düşüb.
AzerTimes-ın məlumatına görə, gün ərzində Niderlandda TTF habında qazın oktyabr fyuçersləri min kubmetr üçün 970 dollara yaxınlaşıb.
Ticarət sessiyası nəticəsində qiymət hətta əvvəlki günün bağlanış səviyyəsinə düşüb (mənfi 0,8 faiz).