Avropada təbii qazın qiyməti 900 dolları keçdi

Xəbər - Orxan Nəbiyev – Trend:

Avropa birjalarında təbii qazın qiymətləri yenidən 900 dollar həddini keçib.

Trend-in məlumatına görə, Niderlandın TTF habında qazın min kubmetri 912 dollara çatıb.

Son məlumatlara əsasən, təbii qaz birjalarda bir qədər ucuzlaşaraq 890 dollar ətrafında alınıb-satılır.

Qeyd edək ki, təbii qaz ötən həftə 970 dollaradək bahalaşmış, daha sonra qiymətlər 764 dollaradək azalmışdı.


Xatırladaq ki, avqustun sonunda təbii qazın min kubmetri 590 dollar təşkil edirdi.