Avropada təbii qazın qiyməti 900 dollara yaxınlaşır

Xəbər - Orxan Nəbiyev – Trend:

Avropa birjalarında təbii qazın qiyməti min kubmetr üçün 900 dollar həddinə yaxınlaşır.

Trend-in məlumatına görə, sentyabrın 15-də Niderlandda TTF habında qazın oktyabr fyuçersləri min kubmetr üçün 896,61 dollara çatıb.

İki həftə ərzində təbii qazın qiyməti 50 faizə yaxın artıb.


Qeyd edək ki, avqustun sonunda qazın qiyməti min kubmetr üçün 590 dollar təşkil edirdi.

Bu günədək qaz qiymətlərinin ən yüksək həddi 2018-ci il martın 1-də qeydə alınıb. Həmin gün Avropa birjalarında təbii qazın min kubmetri 969 dollara satılırdı.

Teqlər: