Xəbər - Orxan Nəbiyev – Trend:
Avropada təbii qazın qiyməti son bir saat ərzində sürətlə
bahlaşmaqdadır.
Trend-in
məlumatına görə, hazırda qazın qiyməti min kubmetr üçün 2100
dolları ötüb.
XXX
12:43
Avropa birjalarında təbii qazın qiyməti min kubmetr üçün 1 800
dollar həddini ötüb.
Trend-in
məlumatına görə, bu, ötən günlə müqayisədə 10 faizdən daha
çoxdur.
Qeyd edək ki, Ukraynada davam edən hərbi əməliyyatlarla əlaqədar
Avropa ölkələri ən iri qaz tədarükçüsü olan Rusiyaya qarşı maliyyə
sanksiyaları tətbiq edib.