Avropada təbii qazın qiyməti martın 2-də birjada gündəlik
ticarəti başa çatdıqdan sonra 1000 kubmetr üçün təxminən 2000
dollar səviyyəsində olub.
AzerTimes-ın
məlumatına görə, bu barədə Londonun “ICE” birjasından
bildirilib.
Qeyd olunub ki, bundan əvvəl gündüz saatlarında təbii qazın
qiyməti 1000 kubmetr üçün 2 226 dollara çataraq tarixi rekordu
qırıb.
Hollandiyanın “TTF” habında aprel fyuçerslərinin təbii qazın
qiyməti günün sonunda 1000 kubmetr üçün 1997 dollara və ya MVt/saat
üçün 174 avroya yüksəlib.
Ümumilikdə qazın gün ərzində qiyməti 43 faiz artıb.