Xəbər - Orxan Nəbiyev – Trend:
Avropa birjalarında oktyabrın 4-də təbii qazın qiyməti min kubmetr üçün 1 200 dollar həddini keçib.
Trend-in məlumatına görə, Niderlandın TTF habında noyabr fyuçersləri üzrə qazın min kubmetri 1 200,36 dollara alınıb-satılır.
Ötən həftə təbii qazın qiyməti Avropada tarixdə ilk dəfə min dollara, daha sonra 1 100 dollaradək artmışdı.
Xatırladaq ki, avqustun sonunda təbii qazın min kubmetri 590 dollar idi.