Xəbər - Orxan Nəbiyev – Trend:
Avropa birjalarında oktyabrın 1-də təbii qazın qiyməti min kubmetr üçün 1 200 dollara çatıb.
Trend-in məlumatına görə, Niderlandın TTF habında qazın min kubmetri 1 199,44 dollara alınıb-satılır.
Ötən gün təbii qazın qiyməti 1 070 dollaradək artmışdı.
Xatırladaq ki, avqustun sonunda təbii qazın min kubmetri 590 dollar idi.