Xəbər - Orxan Nəbiyev – Trend:
Avropa birjalarında təbii qaz qiymətləri min kubmetr üçün
yenidən 2 min dollar həddini keçib.
Trend-in
məlumatına görə, Niderlandın TTF habında təbii qazın aprel
fyuçersləri 2 105 dollar ətrafında alınıb-satılır.
Son sutka ilə müqayisədə qiymətlər 10 faizdən çox artıb.
Xatırladaq ki, bir neçə gün əvvəl təbii qaz qiymətləri 2 279
dollaradək artmışdı. Ötən gün isə qiymətlər 1 700 dollaradək
düşmüşdü.