Avropada təbii qaz qiymətləri tarixi rekordu yeniləyib

Xəbər - Orxan Nəbiyev – Trend:

Avropa birjalarında təbii qaz qiymətləri rekord həddə yüksəlib.

Trend-in məlumatına görə, tarixdə ilk dəfə təbii qazın min kubmetri üçün qiyməti 2 min dollar həddini keçib

Hazırda Niderlandın TTF habında təbii qazın yanvar fyuçersləri 2 004 dollar ətrafında alınıb-satılır.

Xatırladaq ki, bu gün səhər saatlarında təbii qazın qiyməti 1 800 dollar həddini keçmişdi.


Qeyd edək ki, ötən gün “Qazprom” şirkəti Yamal-Avropa qaz kəməri ilə Polşadan təbii qaz tranziti üçün nəqli dekabrın 21-nə rezerv etməyib. Bu səbəbdən bu gün səhər saatlarında həmin qaz kəməri ilə Almaniyaya qaz axını dayanıb.

Avropada təbii qaz qiymətlərinin artması sentyabrın əvvəllərindən etibarən başlayıb. Avqustun sonunda təbii qazın min kubmetri 590 avro olsa da, oktyabrın əvvəllərində bu rəqəm 1 957 avro səviyyəsinə çatmışdı.