Xəbər - Orxan Nəbiyev – Trend:
Avropa birjalarında təbii qazın qiyməti ötən günlə müqayisədə 3 faiz artıb.
Trend-in məlumatına görə, Niderlandda TTF habında qazın oktyabr fyuçersləri min kubmetr üçün 625,9 dollara alınıb-satılır.
Bir neçə gün əvvəl təbii qazın birjalarda qiyməti 600 dollar həddini keçmişdi.
Xatırladaq ki, ötən həftənin sonunda təbii qaz min kubmetr üçün 580-590 dollara alınıb-satılırdı.