Xəbər - Orxan Nəbiyev – Trend:
Avropa birjalarında təbii qaz qiymətləri min kubmetr üçün 1 700 dollar həddini keçib.
Trend-in məlumatına görə, Niderlandın TTF habında təbii qazın yanvar fyuçersləri 1 732 dollar ətrafında alınıb-satılır.
Bu göstərici oktyabrın əvvəllərindən bəri qeydə alınan ən yüksək göstərici olub.
Səhər saatlarında təbii qaz Avropa birjalarında ötən günlə müqayisədə 7 faizdən çox bahalaşıb.
Xatırladaq ki, Avropada təbii qaz qiymətlərinin artması sentyabrın əvvəllərindən etibarən başlayıb. Avqustun sonunda təbii qazın min kubmetri 590 avro olsa da, oktyabrın əvvəllərində bu rəqəm 1 957 avro səviyyəsinə çatmışdı.