Xəbər - Orxan Nəbiyev – Trend:
Avropa birjalarında təbii qaz qiymətləri min kubmetr üçün 1 080 dollar həddini keçib.
Trend-in məlumatına görə, Niderlandın TTF habında təbii qazın dekabrs fyuçersləri 1 082 avro ətrafında alınıb-satılır.
Səhər saatlarında təbii qaz Avropa birjalarında ötən günlə müqayisədə 2 faiz bahalaşıb.
Xatırladaq ki, Avropada təbii qaz qiymətlərinin artması sentyabrın əvvəllərindən etibarən başlayıb. Avqustun sonunda təbii qazın min kubmetri 590 avro olsa da, oktyabrın əvvəllərində bu rəqəm 1 957 avro səviyyəsinə çatmışdı.