Avropa birjalarında təbii qazın qiymətləri min kubmetr üçün 1
600 dollaradək yüksəlib.
Trend-in
məlumatına görə, Niderlandın TTF habında təbii qazın aprel
fyuçersləri 1 598 dollar ətrafında alınıb-satılır.
Gün ərzində qiymətlər 11 faiz bahalaşıb. Səhər saatlarında isə
təbii qazın min kubmetri martın 1-dən bəri ilk dəfə 1 300 dollar
həddindən aşağı düşmüşdü.
Xatırladaq ki, martın 7-də Avropada təbii qaz qiymətləri tarixi
rekord vuraraq 3 900 dollara çatmışdı.