Avropada təbii qaz bahalaşmaqda davam edir

Xəbər - Orxan Nəbiyev – Trend:

Avropa birjalarında təbii qaz qiymətləri min kubmetr üçün 1 800 dollar həddini keçib.

Trend-in məlumatına görə, Niderlandın TTF habında təbii qazın yanvar fyuçersləri 1 803 dollar ətrafında alınıb-satılır.

Bu göstərici oktyabrın əvvəllərindən bəri qeydə alınan ən yüksək göstərici olub.


Qeyd edək ki, ötən gün “Qazprom” şirkəti Yamal-Avropa qaz kəməri ilə Polşadan təbii qaz tranziti üçün nəqli dekabrın 21-nə rezerv etməyib. Bu səbəbdən bu gün səhər saatlarında həmin qaz kəməri ilə Almaniyaya qaz axını dayanıb.

Xatırladaq ki, Avropada təbii qaz qiymətlərinin artması sentyabrın əvvəllərindən etibarən başlayıb. Avqustun sonunda təbii qazın min kubmetri 590 avro olsa da, oktyabrın əvvəllərində bu rəqəm 1 957 avro səviyyəsinə çatmışdı.