Xəbər - Orxan Nəbiyev – Trend:
Avropa birjalarında təbii qaz qiymətləri bahalaşmaqda davam
edir.
Trend-in
məlumatına görə, Niderlandın TTF habında təbii qazın mart
fyuçersləri 960 dollar ətrafında alınıb-satılır.
Son sutka ərzində təbii qaz 3 faizə yaxın bahalaşıb. Ötən gün
birjalarda təbii qaz 10 faizdən çox bahalaşmışdı.
Xatırladaq ki, Almaniya hökuməti Rusiyadan qaz nəqlini nəzərdə
tutan “Şimal axını 2” layihəsinin sertifikasiyasının
dayandırıldığın elan edib.