Xəbər - Orxan Nəbiyev – Trend:
Avropa birjalarında təbii qazın qiyməti min kubmetr üçün 1 100 dolları ötüb.
Trend-in məlumatına görə, Niderlandın TTF habında təbii qazın fevral fyuçersləri 1 102 dollar ətrafında alınıb-satılır.
Qeyd olunur ki, qiymətlər ötən günlə müqayisədə 19,4 faiz bahalaşıb.
Xatırladaq ki, ötən ilin dekabrın 21-də təbii qazın qiyməti tarixdə ilk dəfə min kubmetr üçün 2 min dollar həddini keçmişdi.