Avropada təbii qaz 15 faiz bahalaşıb

Avropa birjalarında təbii qazın qiymətləri min kubmetr üçün 1
500 dolları ötüb.

Trend-in
məlumatına görə, Niderlandın TTF habında təbii qazın aprel
fyuçersləri 1 522 dollar ətrafında alınıb-satılır.

Ötən günün əvvəli ilə müqayisədə Avropada təbii qaz qiymətləri
15 faizdən çox artıb.

Qeyd edək ki, ötən gün Rusiya prezidenti Vladimir Putin dost
olmayan ölkələrə qaz satışının aprelin 1-dən etibarən rublla həyata
keçirilməsi barədə fərman imzalayıb.

Xatırladaq ki, martın 7-də Avropada təbii qaz qiymətləri tarixi
rekord vuraraq 3 900 dollara çatmışdı.

Teqlər: