Avropada təbii qaz 11 faizdən çox ucuzlaşıb

Avropa birjalarında təbii qaz qiymətləri fevralın 23-dən bəri
ilk dəfə min kubmetr üçün 1 000 dollardan aşağı düşüb.

Trend-in
məlumatına görə, Niderlandın TTF habında qazın min kubmetrinin
qiyməti 947 dollaradək azalıb.

Son sutka ilə müqayisədə təbii qaz 11,1 faiz ucuzlaşıb.

Qeyd olunur ki, ucuzlaşma Avropada havanın isinməsi, yeraltı qaz
anbarlarına təbii qaz ehtiyatlarının doldurulması və Rusiyadan
stabil qaz axınının davam etməsi ilə əlaqədar baş verir.