Avropada rus qazını ən çox bu ölkə alır

Avropada rus qazını ən çox bu ölkə alır

Avropada rus qazının əsas alıcıları Fransa, Macarıstan və İspaniya olub. Həmçinin, qazı idxal edən ölkələr arasında İtaliya, Yunanıstan, Slovakiya və Belçika da var. Ümumi idxalın yarısından çoxu məhz bu ölkələrin payına düşüb.

AzerTimes xəbər verir ki, bu məlumatı “RİA Novosti” Avrostatın məlumatlarına istinadən yazıb.

Qeyd olunur ki, 2024-cü ildə Avropa Birliyi Rusiyanın mavi qazını 9 milyard avroya alıb. Bu dövrdə boru kəməri ilə gedən qaz əsas ixrac növü olub.

Qeyd olunur ki, boru kəməri ilə nəql olunan qazın dəyəri 4,6 milyard avro, maye qazın idxalı isə 4,4 milyard avro təşkil edib. Ən böyük alıcı Fransa olub. Bu ölkə yanvardan avqustadək 1,9 milyard avroluq Rusiya qazı alıb. Fransa bu il rus qazının tədarükünü 30% artıraraq Macarıstanı bu göstəricidə geridə qoyub.

İkinci və üçüncü yerlərdə Macarıstan (1,6 milyard) və İspaniya (1,4 milyard avro) yer alıb. İtaliya (1,3 milyard), Yunanıstan (919 milyon), Slovakiya (800 milyon) və Belçika da (709 milyon) rus qazı alan Avropa ölkələri siyahısındadır.

Teqlər: