Avropa İttifaqında Rusiya neftinə qiymət tavanının müəyyən edilməsi ilə bağlı danışıqlar dalana dirənib.
AzerTimes xəbər verir ki, bu barədə “Blumberq” məlumat yayıb.
“G7-nin Rusiya neftinin qiymətləri ilə bağlı təklif etdiyi tavan həddinin harada təyin ediləcəyi ilə bağlı ittifaq ölkələri arasında danışıqlar çərşənbə günü axşam saatlarında dayanıb”, – bildirilib
Danışıqların cümə axşamı davam etdiriləcəyi gözlənilir.