Rusiyanın “İstehlakçıların Hüquqlarının Müdafiəsi və İnsan rifahına Nəzarət Xidməti” (RosPotrebNadzor) Avropa ölkələrində qızılcanın başlanması barədə xəbərdarlıq edib.
2017-ci ilin əvvəlindən etibarən Avropanın 14 ölkəsində qızılca epidemiyası başlandığı bildirilib.
Ən çox xəstə Rumıniya və İtaliyada qeydə alınıb. Bu ölkələrdə ölüm hallarının da qeydə alındığı məlumat verilib. Bundan başqa, qızılca epidemiyası Avstriya, Bolqarıstan, Belçika, Çexiya, Macarıstan, Fransa, Almaniya, İsveç, Portuqaliya, İslandiya, İspaniya və İsveçrədə qeydə alınıb.
Mütəxəssislərin fikrincə, bu xəstəliiyin yayılmasına səbəb əhali arasında peyvənd olunanların azalması göstərilir.