Avropada qışda enerji böhranı olacaq – “Saxo Bank”

Xəbər - Ləman Zeynalova – Trend:

Avropada bu qış enerji böhranı riski artmaqda davam edir.

Bunu Trend-ə “Saxo Bank”ın əmtəə-xammal bazarında strategiyalar şöbəsinin rəhbəri Ole Slot Hansen deyib.

O bildirib ki, təxminən gələn aydan başlanması gözlənilən qış isitmə mövsümü ərəfəsində təbii qaz ehtiyatları və tədarükü aşağı səviyyədədir:

“Hasilatın azalması və tələbin artması ilə əlaqədar Şimal yarımkürəsində gözlənilən əlverişsiz bazar şərtləri Avropa və Asiyada qaz qiymətələrinin artmasına gətirib çıxarıb. ABŞ da “İda” qasırğasından sonra Meksika körfəzində tədarükdə fasilələrlə üzləşib ki, bu da 1,7 milyard kubfut/sutka və ya ABŞ-ın gündəlik hasilatının 2 faizi həcmində azalamaya gətirib çıxarıb. Bu amil də öz növbəsində qışda qaz tələbinin pik həddi dövründə qaz ehtiyatlarının artırılması üzrə səyləri təhlükə altına qoyur”.

Analitik qeyd edib ki, güclü iqtisadi artım, isti hava və Rusiyadan Avropaya tədarük həcmlərinin azalması nəticəsində qlobal tədarük prosesində yaranan fasilələr bu sektora ciddi təkan verib:


“Bu elektrik enerjisi yüksək qiymətlərinə, əvəzedici qismində kömür qiymətlərinin kəskin artmasına, eləcə də karbon tullantılarına görə təzminatın dəyərinin artmasına yol açıb. Avropa və Rusiyada qaz ehityatlarınn az olacağı təqdirdə qışda mümkün qaz böhranı istehlakçılara və ümumi sahəyə real təhlükə törədir. Bəzi şirkətlər tələba azaltmaq üçün hətta öz istehsallarını azalda bilər”.

Twitter: @Lyaman_Zeyn

(Tərcümə: Orxan Nəbiyev)

Teqlər: