Xəbər - Orxan Nəbiyev – Trend:
Avropa birjalarında təbii qazın qiymətləri min kubmetr üçün min dollardan yuxarı həddə alınıb-satılır.
Trend-in məlumatına görə, Niderlandın TTF habında qazın min kubmetrinin qiyməti 1 040 dollara çatıb.
Qazın qiyməti ötən sutka ilə müqayisədə 8 faiz artıb.
Ötən gün təbii qaz birjalarda rekord vuraraq 1 031 dollar çatmış, daha sonra 950 dollaradək azalmışdı.
Xatırladaq ki, avqustun sonunda təbii qazın min kubmetri 590 dollar idi.