Avropada qazın qiyməti martın 10-dan bəri ilk dəfə olaraq min kubmetr üçün 1774,6 dollara yüksəlib.
AzerTimes xəbər verir ki, bu barədə Londonun ICE birjasının məlumat yayıb.
Məlumata görə, bu, əvvəlki ticarət sessiyasının bağlanış səviyyəsi ilə müqayisədə 7,4% artım deməkdir:
“Qiymət artımı Norveçdə neft-qaz sənayesi işçilərinin iyulun 5-də planlaşdırdıqları tətil fonunda baş verib. Aksiya ölkənin ümumi tədarükünün 13%-ni dayandıracaq. “Equinor” şirkətinin işçilərinin tətili ilə əlaqədar Şimal dənizindəki kontinental şelfdə üç platformanın işi dayandırılacaq”.