Avropada qazın qiyməti rekord həddə

Avropada qazın qiyməti rekord həddə

Rusiyanın Ukraynaya genişmiqyaslı müharibəsinin yeddinci ayında Avropada avqustun 24-ü keçirilən hərracda qazın qiyməti indiyə qədər qeydə alınan ən yüksək həddə – 3200 dollara yaxınlaşıb.

AzerTimes xəbər verir ki, bu barədə ICE birjası məlumat yayıb.

Məlumata əsasən, sentyabrda tədarük üçün TTF qovşağında (Niderland) qaz müqavilələri MVt/saat üçün maksimum 302,995 avro və ya min kubmetr üçün 3196,6 dollar müəyyən edilib. Qısa müddət ərzində maksimumda saxlandıqdan sonra kotirovkalar MVt/saat üçün 290 avroya və ya min kubmetr üçün 3060 dollara düşüb.

Teqlər: