Avropada qazın qiyməti min kubmetr üçün 1060 dolları ötüb

Avropada qazın qiyməti 1000 kubmetr üçün 1060 dolları keçib.

Trend xəbər verir ki, bu barədə Londonun “ICE” birjasının məlumatlarında deyilir.

Məlumata əsasən,Niderlandın TTF habında dekabr fyuçerslərinin qiyməti min kubmetr üçün 1063 dollar təşkil edib.


Bildirilir ki, bu gün Avropada qazın qiymətinin maksimal həddi 1081 dolalr olub. Qiymətdə son 1 gündə qeydə alınan ümumi artım 8,7 faiz təşkil edib.

Teqlər: