Xəbər - Orxan Nəbiyev – Trend:
Avropa birjalarında təbii qazın qiyməti oktyabrın 7-də min kubmetr üçün 1000 dollardan aşağı düşüb.
Trend-in məlumatına görə, Niderlandın TTF habında təbii qazın min kubmetri 973 dollara alınıb satılır.
Qiymət günün əvvəlində 1 250 dollara bərabər idi.
Qeyd edək ki, ötən gün birjalarda təbii qazın qiymətləri 1 957 dollaradək yüksəlsə də, daha sonra kəskin ucuzlaşmağa başlayıb və1 957 dollardan 1 325 dollaradək ucuzlaşıb.
Ötən günlə müqayisədə ucuzlaşma 22 faizə bərabər olub.
Xatırladaq ki, avqustun sonunda təbii qazın min kubmetri 590 dollar idi.