Avropada yeni növ koronavirusdan (COVİD-19) ölənlərin sayı 1 milyon nəfəri ötüb.
AzerTimes-ın məlumatına görə, bu barədə “Reuters” agentliyinin hesablamalarında deyilir.
Məlumata əsasən, Avropada koronavirusa 37,2 milyon yoluxma qeydə alınıb, 1 000 062 nəfər isə koronavirusdan ölüb.
Bildirilir ki, dünyada koronavirusa yoluxma hallarının 30,5 faizi, ölüm hallarının isə 35,5 faizi Avropanın üzərinə düşür.