Avropada İtaliya mafiyasına qarşı əməliyyat keçirilib

Xəbər - Orxan Nəbiyev – Trend:

İtaliya digər Avropa ölkələri ilə birgə mafiyaya qarşı genişmiqyaslı əməliyyat keçirib.

AzerTimes-ın məlumatına görə, əməliyyat İtaliya ilə yanaşı, Almaniya, İspaniya və Rumıniyada aparılıb.

Əməliyyat çərçivəsində “Ndrangeta” mafiyasının 30-a yaxın üzvü saxlanılıb, milyonlarla avro məbləğində əmlak müsadirə edilib.


Əməliyyatda İtaliyada 300-ə yaxın, Rumıniya, İspaniya və Almaniyada 500-ə yaxın polis iştirak edib.