Azərbaycanda pasiyentlərin həkimləri gözləmə müddəti çox azdır.
AzerTimes Report-a istinadən xəbər verir ki, bunu İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin baş məsləhətçisi Leyla Lətifova deyib.
L.Lətifova qeyd edib ki, dövlət tibb müəssisələrində həkimlər 6 saat çalışır.
O bildirib ki tibbi müayinənin növündən və xüsusiyyətlərindən asılı olaraq iş günü həddi 15-35 pasiyent arasında dəyişir.
L.Lətifova vurğulayıb ki, Azərbaycanda pasiyentlərin həkimləri gözləmə müddəti çox azdır:
“Avropa ölkələrində pasiyentlər hətta həkimləri 30 günə qədər gözləyirlər. Ona görə də ölkəmizdəki gözləmə müddətinə öyrəşmək lazımdır. Həkimlərimiz orta hesabla hər pasiyentə ən azı 12-15 dəqiqə vaxt ayırır”.