Avropada enerjiyə tələbatın artması: Bakı ilə saziş…

Avropada enerjiyə tələbatın artması: Bakı ilə saziş…

Avropada enerjiyə tələbatın artmasını və Xəzər dənizi regionunda, xüsusilə də Azərbaycanda “yaşıl enerji” potensialını nəzərə alaraq, bu razılaşma Şərq Tərəfdaşlığı çərçivəsində mühüm konkret təşəbbüs hesab olunur.

AzerTimes xəbər verir ki, bu barədə Rumıniya Prezidenti Klaus Yohannis dekabrın 17-də Buxarestdə “Azərbaycan Respublikası, Gürcüstan, Rumıniya və Macarıstan Hökumətləri arasında “yaşıl enerji”nin inkişafı və ötürülməsi sahəsində strateji tərəfdaşlıq haqqında Saziş”in imzalanması mərasimi ilə bağlı keçirilən plenar iclasdakı çıxışında bildirib.

“Bu cür səylər Azərbaycan, daha sonra isə Mərkəzi Asiya ilə əlaqələri gücləndirəcək. Potensialı müəyyən etmək və müqavimət gücümüzü artırmaq üçün görüləcək iş çoxdur. Şadam ki, bu gün imzaladığımız Saziş bu məqsədə xidmət edir”, – deyə Rumıniya Prezidenti qeyd edib.

Teqlər: