Avrozonası ölkələri arasında ən yüksək illik inflyasiya Estoniyada qeydə alınıb.
AzerTimes xəbər verir ki, bu barədə iyulun 19-da “Avrostat” saytında məlumat verilib.
Məlumata əsasən, Estoniyada illik inflyasiya 22%, Litvada 20,5%, Latviyada isə 19,2% olub.
Ən çiçəklənən ölkələr inflyasiyanın cəmi 6,1% olduğu Malta və 6,5% göstərici ilə Fransa olub.
Mütəxəssislərin fikrincə, bu cür göstəricilər enerjidaşıyıcıların qiymətində güclü bahalaşmanın nəticəsidir ki, bu da ərzaq məhsullarının bahalaşmasına səbəb olub.