Avropada daha bir münaqişə alovlanır – Xəbərdarlıq

Avropada daha bir münaqişə alovlanır – Xəbərdarlıq

Kimsə serb xalqını qovmağı, xalqımızı öldürə və yaralaya biləcəyini düşünürsə, mənim işim bütün ciddilik və qətiyyətlə dəfələrlə dediklərimi onlara xatırlatmaqdır. Bəzilərindən fərqli olaraq, mən bunun nə demək olduğunu bilirəm – biz xalqımızın yanında olacağıq və onları çətinlikdə qoymayacağıq.

AzerTimes xəbər verir ki, bu açıqlama ilə Serbiya Prezidenti Aleksandar Vuçiç çıxış edib.

“Biz sülhü və sabitliyi qoruyub saxlayacağıq, lakin serb xalqı bilməlidir ki, Serbiya dövləti beynəlxalq hüquqa, BMT Təhlükəsizlik Şurasının 1244 saylı qətnaməsinə və Qərb tərəfdaşlarının Ukrayna və digər ərazilərdəki vəziyyətdən danışarkən istinad etdiyi hər şeyə uyğun olaraq onların arxasında dayanır”, – Vuçiç söyləyib.

Qeyd edək ki, Kosova hökuməti avtomobil nömrələri üçün yeni qeydiyyat nişanı (RKS – Kosova Respublikası) tələbi irəli sürüb. Hökumət israrla serb əsilli vətəndaşlardan yeni dəyişikliklərə riayət etməyi tələb edir.

Kosova hakimiyyəti Daxili İşlər Nazirliyinin xüsusi təyinatlılarını serblərin yaşadığı şimal ərazilərinə də göndərib.

Teqlər: