Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Avropa Regionunda
COVID-19-a yoluxma və ölüm hallarının sayı fevralın 10-dan bəri
durmadan azalır.
Trend xəbər verir ki, bu barədə çərşənbə axşamı keçirilən
brifinqdə ÜST-ün Avropa Regional Bürosunun direktoru Hans Kluge
bildirib.
Eyni zamanda, Kluge region ölkələrini “peyvənd və yüksək
sayıqlığın dəstəyi ilə nikbinliyi tarazlamağa” çağırıb.