Avropada COVID-19-dan ölənlərin sayı 2 milyonu keçib

ÜST-nin Avropa regionu Avropada koronavirusa qarşı
məhdudiyyətlərinin tədricən aradan qaldırılmasına baxmayaraq,
koronavirusa yoluxmanın fəsadlarından ölənlərin sayı 2 milyon
nəfəri keçib.

AzerTimes-ın
məlumatına görə, bu barədə “Fiqaro” qəzeti təşkilata istinadən
bildirib.

Məlumata əsasən, 53 ölkəni və Atlantikdən Sakit Okeana qədər
geniş ərazini əhatə edən təşkilatın Avropa regionunda 2 milyondan
çox insan COVID-19-dan ölüb, 218 milyondan çox yoluxma halı
aşkarlanıb.

Eyni zamanda, qəzet qeyd edib ki, koronavirus infeksiyasından ən
çox ölüm halı ABŞ-da qeydə alınıb, burada ölüm sayı bir milyonu
keçib.